Bakı, 11 aprel, AZƏRTAC
Böyük Britaniyanın Kardif Universitetinin nümayəndələri Anne Morgan və Riçard Baylis Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) olublar.
Universitetdən AZƏRTAC-a bildirilib ki, R.Baylis ADİU-nun İngilis dilində Tədris Mərkəzinin mühasibat uçotu ixtisasında təhsil alan tələbələrinə “Mühasibat uçotu” mövzusunda mühazirə oxuyub.
Sonda britaniyalı qonaq tələbələrin suallarını cavablandırıb.