Naxçıvanda gənc rəssamın sərgisi açılıb
Naxçıvan, 11 aprel, Tural Kəngərli, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi salonunda Rusiya Federasiyasının Sankt-Peterburq Rəssamlıq Akademiyasında təhsil alan naxçıvanlı tələbə Xaqan Bayramovun əsərlərindən ibarət rəsm sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, sərginin açılış mərasimində muxtar respublikanın Rəssamlar Birliyinin sədri, əməkdar rəssam Ülviyyə Həmzəyeva, xalq rəssamı Arif Hüseynov, əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan Əliyevin və Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov çıxış edərək ilk sərgisi açılan rəssama yeni-yeni yaradıcılıq uğurları arzulayıblar.
Tədbirdə Türkiyə Respublikasının və İran İslam Respublikasının Naxçıvandakı baş konsulları Nihat Erşen və Mənsur Ayrım çıxış edərək gənc rəssamın ilk sərgisində iştirakdan məmnunluqlarını ifadə ediblər.
Sonra iştirakçılar sərgi ilə yaxından tanış olublar.
Rəssamın “Paltar ütüləyən qadın”, “Gənc rəssam”, “Vida”, “Xalça uğrunda mübarizə”, “Qaçqınlar”, “Ərəfsə mənzərəsi”, “Qafqaz dağlarında”, “1945-ci il”, “Köhnə Bakı”, “Baba və nəvə”, “Quba”, “Natürmort”, “Çarmıxa çəkilən adam”, “Rəssamın portreti”, “Etüd”, “Marmaris” və digər əsərləri tamaşaçılarda böyük maraq doğurub.
Naxçıvanlı rəsmsevərlərin iki gün ərzində tanış olacaqları sərgidə ümumiyyətlə rəssamın 50-ə yaxın əsəri nümayiş olunur.
Qeyd edək ki, yaxın günlərdə gənc rəssam Türkiyənin İstanbul şəhərində keçiriləcək rəsm sərgisində də iştirak edəcək.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10