Terrorçular İraqda İŞİD-in yaralı mənsublarını müalicə etməkdən boyun qaçıran 10 həkimi güllələyərək edam edib.
Milli.Az Əl Sumariya-ya istinadən bildirir ki, olay İraqın Mosul şəhərində yaşanıb.
Mosuldan cənubdakı Həmmam əl Həlil şəhərciyi uğrunda döyüşlərdə yaralanmış İŞİD mənsubları maşınlarla Mosul şəhər hospitalına aparılmışdılar.
Orada guya 10 həkim terrorçuları müayinə və müalicə etmək istəməyib.
Həkimlər şəhər kənarındakı səhralığa aparılaraq edam ediliblər.
Milli.Az



