Avstraliyada iki yüngül mühərrikli təyyarə toqquşub
Aznews.az xəbər verir ki, hadisə Melburn şəhərinin yaxınlığında yerləşən Murabbin aeroportunun uçuş-eniş zolağında qeydə alınıb.

Olay zamanı təyyarələrdə olan 5 nəfər xəsarət alıb. Onlardan iki nəfərə yerindəcə tibbi yardım göstərilib, 3 nəfər xəstəxanaya aparılıb.

İlkin versiyaya görə, təyyarələrdən birinin eniş zamanı mühərriki sönüb və yerdən havaya qalxmağa çalışan digər təyyarə ilə toqquşub.

Milli.Az