“Neft Daşları” yatağı üçün yeni estakadayanı meydança tikilir
Bakı, 11 aprel, AZƏRTAC
“Azneft” İstehsalat Birliyinin sifarişi əsasında “Neft Daşları” yatağı üçün yeni estakadayanı meydançanın tikintisi uğurla davam etdirilir. “Neftqazelmitədqiqatlayihə” institutunun layihəsi əsasında inşa olunan 1637A nömrəli estakadayanı meydançanın baş podratçısı “Neftqaztikinti” trestidir.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, meydança 14 istismar quyusunun qazılması üçün nəzərdə tutulub. Burada qazılacaq quyuların hər birindən sutkada 10 ton neft hasil olunacağı gözlənilir. Layihə çərçivəsində indiyədək 6 blok, 7 aralıq seksiyası, 2 minik və 3 yanalma meydançası inşa olunub. Yanğın əleyhinə su kəməri (dəniz suyu), içməli su kəməri və yanacaq boru kəmərinin çəkilişi davam edir. Dəmir-beton plitələrin, qülləaltı pastamentin, yükqaldırma qabiliyyəti 13,5 ton olan hidroaktiv kranın, eyni zamanda, istehsalat zamanı və yanğına qarşı su təchizatını təmin etmək məqsədi ilə 4 elektrik dalma nasosunun və 2 lafet qülləsinin quraşdırlıması nəzərdə tutulur.
Estakadayanı meydançada ətraf mühitin mühafizəsi, təhlükəsizlik texnikası, yanğından mühafizə sahələri üzrə işlər bütün müasir norma və tələblər səviyyəsində yerinə yetirilir. Dənizin çirklənməsinin qarşısını almaq üçün estakadayanı meydançanın döşəməsində novlar, döşəmənin altında isə çirkab suları yığmaq üçün tutumlar yerləşdiriləcək. Meydançanın tikintisinin bu ilin iyun ayında başa çatdırılacağı gözlənilir.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10