Əliyev nazirlərə nələri tapşırdı? (VİDEO)
Dünyada neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi Azərbaycanın ümumi dinamik inkişafına təsir etməyib. Prezident İlham Əliyev ölkədə inflyasiyanın aşağı səviyyədə qaldığını, istehlak bazarına tam nəzarət edildiyini, əhalinin pul gəlirlərinin 5,3 faiz olduğunu diqqətə çatdırıb.
Dövlət başçısı 2015-ci ilin birinci rübünün yekunlarının müsbət olduğunu, bu dövrdə ümumi daxili məhsulun 5 faizdən çox artdığını,qeyri-neft sektorunun 7, sənaye istehsalının 4, kənd təsərrüfatının isə 3 faizdən çox artdığını bildirib:
“Bu uğurları biz əldə etmişik, Azərbaycan xalqı əldə edib. Əgər biz vaxtı ilə ölkəmizinin qeyri-neft sektorunun inkişafına bu qədər böyük diqqət göstərməsəydik, bəlkə də bu nəticələr o qədər də ürəkaçan olmazdı. Əksinə bizi staqnasiya, resessiya gözləyə bilərdi. Necə ki, biz bunu dünyada, regionda bəzi yerlərdə bunu müşahidə edirik”.
Dövlət başçısı çıxışında manatın məzənnəsilə bağlı məsələyə də toxunub. Bu sahədə görülən tədbirlərin iqtisadi baxımdan səmərəli olduğunu, son illərdə bölgədə yaşanan böhranlardan ölkənin itkisiz çıxdığını söyləyib.
Prezident İlham Əliyev qeyri-neft sektorunun və sahibkarlığın inkişafı ilə bağlı tədbirlərin davam etdirilməsinin zəruriliyindən də danışıb. Hər bir rayonda sənaye zonalarının yaradılmasının vacibliyini diqqətə çatdıran dövlət başçısı kənd təsərrüfatı sektorunun da inkişafının xüsusi əhəmiyyət kəsb etdiyini və ölkəmizin xarici ərzaq bazarlarından o qədər də asılı olmadığını bildirib.
Amma bununla belə ərzaq təhlükəsizliyinin tam təmin olunması, torpaqların elektron uçotunun tərtib edilməsilə bağlı tapşırıqlarını verib. 30 minə yaxın yeni iş yerinin yaradıldığını deyən prezident vurğulayıb ki, ölkədə sosial məsələlərin həlli yenə də diqqət mərkəzindədir. Dövlət başçısı ölkədə dərman preparatlarının qiymətinin bahalığından narazılığını ifadə edib. Bu sahədəki vəziyyətin araşdırılıb tədbirlərin görülməsilə bağlı Səhiyyə Nazirliyinə tapşırıqlar verib.
Dağlıq Qarabağ münaqişəsindən danışan prezident bildirib ki, Ermənistan sülh istəmir, status-kvonun dəyişilməz qalmasına çalışır, buna görə də münaqişə həll olunmur. Ötən il həmsədr ölkələrin dövlət başçılarının iştirakı ilə təşkil olunan görüşlərdə Ermənistan hər zaman özünü qeyri-səmimi aparıb. Münaqişənin həllində maraqlı olmayıb. Azərbaycan ərazilərinin işğal altında saxlanmasını davam etdirib:
“Ermənistan tarixi Azərbaycan torpaqları üzərində qurulub. Bu bizim dədə-baba torpaqlarımızdı, bütün toponimlər Azərbaycan mənşəlidi. 20-ci əsrin əvvəllərində tərtib olunan çar Rusiyasının xəritələrinə baxmaq kifayətdir ki, orada bir dənə erməni toponimi tapmaq mümkün deyil. İndiki Ermənistanın 80 faizinin bütün kəndləri Azərbaycan mənşəli adları daşıyırdı. Bu bizm tarixi torpaqlarımızdı və biz mütləq həmin torpaqlara qayıdacağıq, başqa cür mümkün deyil”.
Prezident bir daha vurğulayıb ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq hüquq normaları çərçivəsində həll olunmalı, ikili standartlara son qoyulmalıdır. Dövlət başçısı Azərbaycanın xarici siyasətin çox çevik və fəal olduğunu, beynəlxalq nüfuzunun artdığını diqqətə çatdırıb.
Müşavirədə vergilər naziri Fazil Məmmədov, nəqliyyat naziri Ziya Məmmədov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilin birinci rübündə görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı məruzə ediblər.
Mənbə
ANS TV: İlkin Kərimov
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10