Ermənistanda müxalifətdə olan Təsis Parlamenti qrupunun 5 lideri iki aylıq müddətə həbsə atılıb.

ANS PRESS-in məlumatına görə, bu barədə ölkənin İstintaq Komitəsinin nümayəndəsi Sona Truzyan deyib.

O bildirib ki, təşkilatın sədri Garegin Qukasyan və dörd lider aprelin 8-də saxlanıblar. Onlar ölkədə kütləvi hərc-mərçlik salamağa cəhddə ittiham olunurlar.

Xatırladaq ki, təşkilat aprelin 24-də ölkədə hökumət əleyhinə kütləvi aksiyalar keçirməyə çağırıb.
Mənbə
ANS PRESS