[ 10 Aprel 2015 18:27 ]


Bakı. Ağa Cəfərli - APA. Helsinki Vətəndaş Assambleyasının Sülh proqramları üzrə koordinatoru Armin Sadiqyan Ermənistan ordusunda döyüş itkilərinin artdığını bəyan edib.

APA-nın “novostink.ru” saytına istinadən verdiyi xəbərə görə o, 2014-cü ildə döyüş itkilərinin 25 faiz artdığını söyləyib.

 

A. Saqayanın sözlərinə görə, 2010-2014-cü illər ərzində döyüş itkiləri ümumi itkilərin 25 faizini təşkil edib.

 

2014-cü ilin avqustundan sonra isə vəziyyət dəyişib. Döyüş itkiləri ümumi itkilərin 50 faizini təşkil edib, atəşkəsin pozulması nəticəsində itkilər iki dəfə artıb.