“Emerson Process Management” şirkətinin Avropa üzrə prezidenti Bakı Ali Neft Məktəbində
Bakı, 10 aprel, AZƏRTAC
Bakı Ali Neft Məktəbində (BANM) “Emerson Process Management” şirkətinin Avropa üzrə prezidenti Royland Van Doren ilə görüş keçirilib.
BANM-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu ali məktəbin rektoru Elmar Qasımov ötən ilin iyulunda Bakı Ali Neft Məktəbi ilə “Emerson Process Management” şirkəti arasında əməkdaşlıq haqqında razılaşma imzalandığını xatırladıb. Rektor bu şirkətin Avropa üzrə prezidenti Royland Van Dorenin BANM-yə gəlişinin ikitərəfli əməkdaşlığın həyata keçirilməsində növbəti praktik addım olduğunu deyib. O, bu əməkdaşlığın proseslərin avtomatlaşdırılması sahəsində yüksək ixtisaslı mühəndislərin hazırlanmasına, korporativ təhsilə, ixtisasartırmaya, kadr ehtiyatlarının inkişafı kimi vəzifələri uğurla yerinə yetirməyə imkan verəcəyini bildirib.
BANM ilə tanışlıqdan məmnunluğunu ifadə edən Royland Van Doren dəvətə görə ali məktəbin rəhbərliyinə təşəkkürünü bildirib. O təmsil etdiyi şirkət haqqında tələbələrə ətraflı məlumat verib. Qonaq BANM və “Emerson Process Management” şirkəti arasında əldə olunan əməkdaşlıq əsasında şirkətin mütəxəssisləri tərəfindən bu ali məktəbin tələbələrinə mühazirə və seminarların keçirilməsinin, təcrübə mübadiləsinin təşkilinin, bu istiqamətdə fəaliyyətin inkişaf etdirilməsi məqsədilə Bakı Ali Neft Məktəbində xüsusi təlim laboratoriyasının yaradılmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb.
Görüşdən sonra Royland Van Doren BANM-nin tələbələrinə “Liderlik – təşkilati uğurlara aparan yol”, “Effektiv liderliyin əsasları”, “Çoxsahəli liderlik” mövzularında mühazirələr oxuyub, tələbələri maraqlandıran sualları cavablandırıb.
Sonda Royland Van Doren BANM-nin “Fəxri qonaq” diplomu ilə təltif olunub.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10