Prezident Həsən Ruhani: Sanksiyalar tamamilə ləğv edilməsə İran yekun müqaviləni imzalamayacaq
Tehran, 10 aprel, AZƏRTAC
Qərb dövlətləri İrana qarşı tətbiq etdikləri itisadi sanksiyaları tamamilə aradan aqaldırmasalar rəsmi Tehran “altılıq”la əldə olunan razılaşmanın yekun müqaviləsini imzalamayacaq.
Bu sözləri İranın dövlət televiziyasındakı çıxışında Prezident Həsən Ruhani deyib.
Prezidentin bildirib ki, beynəlxalq əlaqələndiricilər ədalətli olmalıdırlar və nüvə proqramının dayandırılması ilə əlaqədar aparılan müzakirələrdəki razılaşmalarıın həyata keçməsinə şərait yaradaraq sanksiyaları ləğv etməlidirlər. Əks təqdirdə İran nüvə tədiqaqtlarının dayandırılması haqqında heç bir müqaviləni imzalamayacaq. Rəsmi Tehran hər iki tərəfin maraqlarına cavab verəcək bir müqavilənin imzalanmasını istəyir və bunun üçün əldə edilən razılaşmaya sadiq olacaq. Lakin qarşı tərəf də ədalətli olmalı, razılaşmaya əməl etməlidir.
Prezident Həsən Ruhani deyib ki, İranın atom bombası yaratmaq istəyində olması haqqında irəli sürülən iddialara baxmayaraq, rəsmi Tehran heç bir zaman atom bombası düzəltmək iddiasında olmayıb və bundan sonra da olmayacaq.
Aprelin 4-də Avropa İttifaqının İranın bəzi banklarına və şirkətlərinə qarşı tətbiq edilən sanksiyaların müdətinin uzadılması haqqında qərarı rəsmi Tehran tərəfindən birmənalı qarşılanmayıb.
İranın Xarici İşlər Nazirliyinin rəsmisi Mərziyyə Əfğam ənənəvi mətbuat konfransında bəyan edib ki, belə hallar tərəflər arasındakı etimadı azaldır və xoş niyyətlərə xidmət etmir.
Xatırladaq ki, Lozanna danışıqlarında İranın uranın zənginləşdirilməsi proqramının 25 il müddətinə beynəlxalq nəzarət altına alınmasına dair razılıq əldə olunub. Lakin İran əvvəlcə sanksiyaların ləğvini tələb edir.
Tərəflər iyunun 30-dək yekun müqaviləni hazırlayıb imzalamaq qərarına gəliblər.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
İran hərəkatı başladı - Trampdan açıqlama
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10