Bu gün Rusiyanın paytaxtı Moskva şəhərində Bakı 2015 Avropa oyunlarının təqdimat mərasimi keçiriləcək.

Gənclə və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovanın ANS PRESS-ə verdiyi məlumata görə, gənclər və idman naziri Azad Rəhimov bu məqsədlə Rusiyada rəsmi səfərdədir.

Moskvanın “Redisson Royal, Moskva” mehmanxanasının konqres- parkında baş tutacaq tədbirdə 450-dən çox qonağın iştirakı göslənilir.

Təqdimat mərasimi çərçivəsində qonaqlar eyni zamanda, ölkəmizin mədəniyyətini, tarix və adətlərini özündə əks etdirən sərgi ilə də tanış ola biləcəklər.

Tədbirin sonunda qonaqlar üçün konsert proqramı təqdim ediləcək.
Mənbə
ANS PRESS