“Elektron hökumət”lə bağlı növbəti brifinq keçirilib
Bülletenin budəfəki nömrəsində "Elektron hökumət" portalı, tətbiq olunan yeni xidmətlər, e-sənəd mübadilələri, e-imza infrastrukturu və xarici ölkələrin "Elektron hökumət" sahəsindəki təcrübələri barəsində ətraflı məlumatlar öz əksini tapıb.
Qeyd edək ki, brifinqdə MHM-in direktoru Nail Mərdanov, RYTN-in Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzinin texniki direktoru Məzahim Quliyev, Milli Sertifikat Xidmətləri Mərkəzinin nümayəndəsi Nadir Rəsulov və Biləsuvar icra hakimiyyətinin nümayəndəsi Sevil Şükürlü iştirak edib.
Tədbirdə Nail Mərdanov MHM tərəfindən görülən işlərdən danışaraq bildirib ki, aprel ayının 1-nə görə, "Elektron hökumət" portal üzərindən e-xidmətlərə edilən müraciətlərin sayı 8 milyon 600 mini keçib. Ümumilikdə bu günə qədər, yəni portalın fəaliyyətə verildiyi gündən bu vaxta qədər portala daxil olan istifadəçilərin ümumi sayı 1,5 milyona çatıb. Onun sözlərinə görə, portal üzərindən 413 e-xidmət təqdim olunur:
"Xidmətlərin çeşidləri durmadan artır, istifadə sayında da dinamik artım müşahidə olunur. Təqdim olunan xidmətlər daha çox sosial əhəmiyyəti olan və praktik tətbiq olan xidmətlərə çevrilməkdədir".
N.Mərdanov qeyd edib ki, MHM yerli icra orqanları ilə geniş əməkdaşlığa başlayıb və mart ayında rəhbər işçilərin qəbuluna onlayn yazılmaq proqram məhsulu hazırlanıb. Onun sözlərinə görə, ilk olaraq Biləsuvar rayonunda sözügedən xidmətin tətbiqinə başlanılıb.
Məzahim Quliyev isə ölkədə Data Mərkəzin yaradılması, onun strateji əhəmiyyəti və əsas funksiyaları haqda məlumat verərək bildirib ki, mərkəz təkcə Azərbaycan üçün deyil, eləcə də region üçün böyük əhəmiyyətə malikdir. M.Quliyev qeyd edib ki, Mərkəzin istifadəyə verilməsi ilə həm biznes strukturları, həm də dövlət orqanları üçün əlavə imkanlar yaranacaq, eləcə də onların məlumatların saxlanılması və digər sahələr üzrə çəkdikləri izafi xərclər aradan qalxacaq. Sözügedən mərkəzin istismara verilməsinin dünyaca məşhur İT şirkətlərinin də Azərbaycana gəlməsinə səbəb olacağını qeyd edən texniki direktorun sözlərinə görə, bu da ölkədə innovasiyalı iqtisadiyyatın qurulması və inkişaf etdirilməsi istiqamətində atılan vacib addımlardan biridir.
Biləsuvar rayon icra hakimiyyətinin nümayəndəsi Sevil Şükürlü də qeyd edib ki, yerlərdə yerli icra hakimiyyəti orqanlarının da elektron xidmətlər göstərməsi sakinlər tərəfindən müsbət qarşılanır:
"Biləsuvar rayon icra hakimiyyəti elektron xidmətlər göstərən ilk icra hakimiyyəti orqanlarından biri oldu. İcra hakimiyyəti tərəfindən e-xidmətlərin genişləndirilməsi istiqamətində işlər görülür. Bura ailə tərkibi haqqında arayışın verilməsindən tutmuş, digər sahələri də özündə əks etdirən təxminən 10-a yaxın xidmət daxildir".
Seymur Qasımbəyli
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Süni intellekt üçün internet “Bakcell”dən
ictnews.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10