“Avroviziya”nın qonaqları Vyanada ictimai nəqliyyatdan pulsuz istifadə edəcəklər
Bakı, 10 aprel, AZƏRTAC
Mayın 18-23-də 60-cı “Avroviziya” mahnı yarışmasının keçiriləcəyi Avstriyanın paytaxtı Vyana şəhərinin ictimai nəqliyyatında gediş-gəliş festivalın bütün iştirakçıları və qonaqları üçün pulsuz olacaq.
AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə jurnalistlərə “Avroviziya” müsabiqəsinin təşkilati məsələləri ilə məşğul olan Avstriyanın ORF telekompaniyasının ictimaiyyətlə əlaqələr üzrə direktoru Martin Biderman bildirib. “Biz ilk dəfə olaraq “Avroviziya”nı green event - ekoloji tədbir etməyi qərara almışıq. Bu, həmçinin qonaqların otellərdə yerləşdirilməsinə, qidalanmasına və ictimai nəqliyyata da aiddir”, - deyə Biderman əlavə edib.
Qeyd edək ki, Avstriyanın Vyana şəhərində təşkil olunacaq müsabiqənin mayın 19-da keçiriləcək ilk yarımfinalında Moldova, Ermənistan, Belçika, Niderland, Finlandiya, Yunanıstan, Estoniya, Makedoniya, Serbiya, Macarıstan, Belarus, Rusiya, Danimarka, Albaniya, Rumıniya və Gürcüstan, mayın 21-də keçiriləcək ikinci yarımfinalda isə Litva, İrlandiya, San Marino, Monteneqro, Malta, Norveç, Portuqaliya, Çex Respublikası, İsrail, Latviya, Azərbaycan, İslandiya, İsveç, İsveçrə, Kipr, Sloveniya və Polşa çıxış edəcək. Müsabiqənin finalı isə mayın 23-də olacaq.
“Avroviziya” müsabiqəsində Azərbaycanı “Hour Of The Wolf” mahnısı ilə Elnur Hüseynov təmsil edəcək.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
İran hərəkatı başladı - Trampdan açıqlama
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10