[ 10 Aprel 2015 14:08 ]


Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev ölkədə dərman preparatlarının bahalığından narazılığını ifadə edib.

APA-nın məlumatına görə, dövlət başçısı bu barədə Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

 

Prezident bu sahədə vəziyyətin araşdırılıb tədbirlərin görülməsi ilə bağlı Səhiyyə Nazirliyinə tapşırıqlar verdiyini vurğulayıb.