Qazax, 10 aprel, AZƏRTAC
Qazax rayonunda ev heyvanları arasında yoluxucu xəstəliklərə qarşı mütəmadi olaraq profilaktiki tədbirlər görülür.
Rayonun baytarlıq idarəsindən AZƏRTAC-a bildiriblər ki, cari ilin yanvar-mart aylarında brusellyoz xəstəliyinə görə seroloji (qan qruplarının tədqiqi) müayinə üçün 6 min baş ev heyvanından qan nümunəsi götürülərək zona baytarlıq laboratoriyasında yoxlanılıb. 4 baş iribuynuzlu və 7 baş xırdabuynuzlu heyvanın xəstə olduğu aşkarlanıb. Xəstəliyə yoluxan heyvanlar təlimata uyğun olaraq məhv ediliblər.