Tokio, 10 aprel, AZƏRTAC
Yaponiyanın Hokota şəhərində (İbaraki prefekturası) 130-dan çox delfin sahilə atılıb. Bu barədə aprelin 10-da ölkənin Sahil Mühafizəsi Xidməti məlumat yayıb.
Məlumatda qeyd edilir ki, delfinlərin sahilə atılması sahil boyunca 10 kilometrdən artıq ərazini əhatə edib. Onların həddindən artıq zəiflədiyi və müstəqil surətdə dənizə qayıtmaq imkanında olmadıqları bildirilir.
Delfinlərin belə kütləvi şəkildə sahilə atılmasının səbəbləri barədə məlumat verilmir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio