Azərbaycan ilə Rusiya əczaçılıq və tibb sənayesində əməkdaşlıq edəcəklər
Bakı, 10 aprel, AZƏRTAC
Azərbaycan ilə Rusiya əczaçılıq və tibb sənayesində əməkdaşlıq barədə razılığa gəliblər.
AZƏRTAC Rusiya Sənaye və Ticarət Nazirliyinin saytına istinadla xəbər verir ki, bu barədə razılaşma Rusiya sənaye və ticarət nazirinin müavini Sergey Tsıbanın rəhbərliyi ilə bu ölkənin nümayəndə heyətinin Bakıya ikigünlük işgüzar səfəri zamanı əldə olunub.
Səfər bu il mayın 26-27-də Bakıda keçiriləcək “Rusiya-Azərbaycan iqtisadi əməkdaşlığı: əczaçılıq və tibb sənayesi bu gün və sabah” forumu və sərgisinin işgüzar proqramının hazırlanması çərçivəsində baş tutub. Forum və sərgiyə Rusiyanın sənaye və ticarət naziri Denis Manturov gələcək. Tədbir əczaçılıq və tibb sənayesi sahəsində Rusiya-Azərbaycan əməkdaşlığının inkişafına yönəlib.
Tərkibinə Rusiya Sənaye və Ticarət Nazirliyinin, RF Səhiyyə Nazirliyinin, bu ölkənin Azərbaycandakı ticarət nümayəndəliyinin təmsilçilərinin, habelə iri əczaçılıq şirkətlərinin rəhbərlərinin daxil olduqları nümayəndə heyəti ilkin səfər çərçivəsində Bakıda İqtisadiyyat və Sənaye Nazirliyi, Səhiyyə Nazirliyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) görüşlər keçirib. Rusiyanın əczaçılıq bazarının nümayəndələri ilə danışıqlarda Azərbaycanın 20-dən çox ən iri distribüteri və əczaçılıq şirkəti iştirak edib.
Səfər Rusiyanın Azərbaycandakı ticarət nümayəndəliyinin dəstəyi ilə reallaşıb.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10