Bakı. 13 aprel. REPORT.AZ/ Aprelin 13-də Bakıda "ADA" Universitetində "İnformasiya əsrində milli təhlükəsizlik" adlı konfrans keçiriləcək. "Report" xəbər verir ki, konfrans Azərbaycan Xarici İşlər Nazirliyi və ATƏT-in  Bakı Layihə Əlaqələndiricisi ofisi tərəfindən təşkil olunub. 
Konfransda "ADA" Universitetinin rektoru Hafiz Paşayev, ATƏT-in Bakı Ofisinin layihə əlaqələndiricisi Aleksis Şahtaxtinski, Bakıda akkreditasiya olunan bir sıra diplomatik missiya rəhbərlərinin iştirakı gözlənilir. Konfrans iştirakçıları kibertəhlükəsizlik problemləri və kibertəhlükələrə qarşı əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə edəcəklər.