Milli.Az xəbər verir ki, bu barədə Meksikanın "Televisa" kanalı məlumat yayıb.
"Biz çox sevinirik. Çünki yaxın zamanlarda İnternet.org layihəsini Panamada işə salacağıq", - Zukerberq deyib.
Onun sözlərinə görə, bu layihə panamalılara pulsuz internet imkanı yaradacaq. Həmin internetdə bəzi məhdudiyyətlər də olacaq. Buradan yalnız sağlamlıq, təhlükəsizlik, nəqliyyat və təhsil ilə bağlı informasiyaları əldə etmək olacaq.
2-3 ildir ki, fəaliyyətə başlayan həmin layihə artıq bir neçə Afrika ölkəsində tətbiq edilib.
Milli.Az