Bakıda avtobusu arvadının qanına boyayan ər polis nəzarətində
Paylaş
10 Aprel 2015, 11:12·255 baxış·1 dəq oxu
Arvadını avtobusda amansızlıqla öldürən qatil ələ keçdi. Hadisə iki gün əvvəl Bakıda 135 saylı avtobusda törədilmişdi. Milli.Az xəbər verir ki, 47 yaşlı Fatma Şəfiyevanı gözlənilmədən, sərnişinlərin gözü qarşısında 53 yaşlı əri Namiq Məmmədov bıçaqdan keçirib. Qan içərisində xəstəxanaya aparılan qadının həyatını xilas etmək mümkün olmayıb.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Namiq Məmmədov tutulub. Qətlin qısqanclıqdan törədilməsi ehtimal olunur.