[ 10 Aprel 2015 11:06 ]


Bakı. Könül Kamilqızı - APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) magistratura səviyyəsinə qəbul imtahanının II mərhələsi üzrə AMEA-nın müvafiq ixtisasları üçün ixtisaslaşma seçimi cədvəlini açıqlayıb.

AMEA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirəcəyi magistratura səviyyəsinin ikinci mərhələsinə qəbul olunmaq üçün AMEA üzrə ixtisaslaşma seçimi və ixtisaslaşmalar üzrə qəbul proqramları müəyyən edilib. Bakalavrlar AMEA-da magistratura səviyyəsi üzrə ilk dəfə tədris olunacaq müvafiq ixtisaslar üzrə seçim edə bilərlər.

 

 

AMEA-da magistraturaya tələbə qəbulu yalnız dövlət sifarişi əsasında aparılır.

 

Qeyd edək ki, təhsilin magistratura pilləsində Azərbaycan Milli Elmlər Akademiyasına 7 ixtisas-Filologiya, Antropologiya, Fizika, Kimya, Biologiya, Geologiya, Aqronomluq üzrə 20 yer ayrılıb.

 

Magitraturaya qəbul imtahanının 1-ci mərhələsi fevralın 22-də keçirilib. Proqram seçimi isə aprelin 1-dən başlayıb, bu gün başa çatacaq. Qəbul imtahanının 2-ci mərhələsi aprelin 26-da keçiriləcək. 7-12 may tarixlərində magistraturaya ixtisaslaşma seçimi, 22-28 iyun tarixlərində isə boş qalan yerlərə ixtisaslaşma seçimi keçiriləcək.