Milli Basketbol Assosasiyasının müntəzəm çempionatında mübarizə davam edir.
Metbuat.az-ın xəbərinə görə, ötən gecə NBA-da ümumilikdə 2 qarşılaşma keçirilib. İlk olaraq "Mayami" "Çikaqo"nu qəbul edib. Qonaqlar görüşdən qalib ayrılıb. Daha sonra isə qərb konfransının lideri "Qolden Steyt" "Portlend"lə münasibətlərinə aydınlıq gətirib. "Uorriors" növbəti qələbəsini aktivinə yazdırıb.
"Mayami" - "Çikaqo" - 78:89
"Qolden Steyt" - "Portlend" - 116:105