Bakı, 10 aprel, AZƏRTAC
“Caspian Development Bank” ASC “Lider” beynəlxalq pul köçürmələri sisteminə qoşulub.
“Caspian Development Bank”dan AZƏRTAC-a bildiriblər ki, ASC-nin müştəriləri “Lider” beynəlxalq pul köçürmələri sistemi vasitəsilə rus rublu, ABŞ dolları və ya avro ilə pulların alınması və köçürülməsi xidmətindən istifadə edə bilərlər.
“LİDER” beynəlxalq pul köçürmələri sistemi 2003-cü ilin aprel ayından fəaliyyət göstərir. Sistem vasitəsilə 132 ölkədəki 130 min məntəqədə pul köçürmələri həyata keçirmək mümkündür. Hazırda “Caspian Development Bank” ASC “Contact”, “Western Union”, “Zolotaya Korona”, “Blizko” və “Monex” təcili pul köçürmə sistemləri ilə əməkdaşlıq edir.“Caspian Development Bank” ASC bu il yanvarın 26-dan Azərbaycan Respublikası Mərkəzi Bankının lisenziyası əsasında fəaliyyətə başlayıb və müştərilərə geniş spektrdə bank və digər maliyyə xidmətləri göstərir.