Ukraynanın paytaxtı Kiyevdə bomba həyəcanı yaşanıb.

ANS PRESS-in məlumatına görə, Ukraynada polisə zəng edən naməlum şəxs paytaxt Kiyevdə Lev Tolstoy meydanında partlayıcı qurğu qoyulması barədə xəbər verib. Bu haqda Ukrayna Daxili İşlər nazirliyi rəsmi saytında bildirilir.

Dərhal əraziyə FHN əməkdaşları və polislər cəlb edilib. Axtarış tədbirləri ilə əlaqdar olaraq ərazidəki insanlar uzaqlaşdırılıb.

Axtarış tədbirləri zamanı məlumat təsdiqini tapmayıb.

Kiyev polisi isə yalan məlumatı verən şəxsin kimliyini araşdırır.
Mənbə
ANS PRESS