Bakı, 9 aprel, AZƏRTAC
“İrəli” İctimai Birliyi “Dünya autizm ayı” çərçivəsində aprelin 12-də, saat 12:00-da “Autizm: Bilmək anlamaqdır” mövzusunda seminar təşkil edəcək.
İB-dən AZƏRTAC-a bildiriblər ki, seminarda iştirak etmək istəyən şəxslər ad, soyad və əlaqə nömrələrini altunay.a@ireli.az ünvanına göndərə bilərlər.