Elmi informatika fənninin yenidən tərtib olunmuş proqramı müzakirə edilib
Bakı, 9 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda müşavirə keçirilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu elm müəssisəsinin direktoru, AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev müşavirənin institutun Tədris-İnnovasiya Mərkəzində (TİM) doktorant və dissertantlara tədris edilən elmi informatika fənninin yenidən tərtib olunmuş proqramının müzakirəsinə həsr edildiyini diqqətə çatdırıb.
Bildirilib ki, müasir dövrdə Avropanın təhsil məkanına inteqrasiya edən Azərbaycanın təhsil sisteminin qarşısında duran ən başlıca vəzifə yeni tədris mexanizmlərinin işlənməsi, bu sahənin qabaqcıl texnologiyalar əsasında inkişafı, keyfiyyətinin yüksəldilməsi, tədris prosesində yeni elmi-metodiki nailiyyətlərin tətbiq edilməsidir. Bu baxımdan milli kadr hazırlığı siyasətinin həyata keçirilməsi üçün informatika fənninin tədrisi vacibdir.
R.Əliquliyev Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının qərarına əsasən, respublika üzrə bütün doktorant və dissertantlara informatika fənninin tədrisi və bu fənn üzrə imtahanların qəbulunun 2003-cü ildən başlayaraq mərkəzləşdirilmiş qaydada İnformasiya Texnologiyaları İnstitutunda uğurla həyata keçirildiyini vurğulayıb. Qeyd olunub ki, institutun Tədris-İnnovasiya Mərkəzində doktorant və dissertantların ən müasir İKT biliklərinə yiyələnməsi məqsədilə yeni texnologiyalar əsasında formalaşan innovativ mühit yaradılb.
TİM-in rəhbəri Rəsmiyyə Mahmudova elmi informatika fənninin proqramı haqqında məlumat verib. Proqramın “İnformatika elmi və onun cəmiyyətdəki vəzifələri”, “İnformasiya cəmiyyətinin əsasları”, “Bibliometriya, Elmmetriya, Vebometriya”, “İnformasiya təhlükəsizliyi. Elektron imza” və digər bölmələr üzrə tərtib olunduğu diqqətə çatdırılıb. Onun sözlərinə görə, superkompyuter texnologiyaları, Big Data texnologiyaları, veb-texnologiyalar, 3D texnologiyalar və s. mövzular bu fənnin predmetinə daxildir. Bununla yanaşı, elmi informatika fənninin tədrisində bir sıra həlli vacib problemlərin olduğu da qeyd edilib.
Sonra geniş fikir mübadiləsi aparılıb, təklif və tövsiyələr səsləndirilib.
Akademik R.Əliquliyev informasiya texnologiyalarının dinamik inkişafı ilə əlaqədar olaraq mühazirələrdə bu sahə üzrə terminlərin dəqiq izahının verilməsinin vacibliyini, təkliflər nəzərə alınmaqla proqramın daha da təkmilləşdirilməsinə ehtiyac duyulduğunu vurğulayıb, müvafiq tapşırıqlar verib.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Azərbaycanda nə qədər ev ipotekadadır?
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Bu gün
·
23:53
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Bu gün
·
22:53
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Bu gün
·
21:16
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Bu gün
·
20:56
Top xəbərlər
Layihələr
Son xəbərlər
Azərbaycanda nə qədər ev ipotekadadır?
Bu gün
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Bu gün
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Bu gün
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Bu gün
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Bu gün
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Bu gün
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Bu gün
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Bu gün
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Bu gün
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Bu gün
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Bu gün
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Bu gün
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Bu gün
·
20:51
"Azərbaycan D-8 təşkilatına üzv olmağa böyük önəm verir"
Bu gün
·
20:42
Məlumat savaşı: Dezinformasiyanın müharibə və siyasətdəki rolu
Bu gün
·
20:35