Azərbaycan ilə İran arasında ailə, qadın və uşaq problemlərinin həlli sahəsində əməkdaşlıq müzakirə olunub
Bakı, 9 aprel, AZƏRTAC
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova ölkəmizdə səfərdə olan İran İslam Respublikasının Azad İslam Universitetinin rektoru, mədəniyyət və islam irşadi nazirinin müşaviri Pərvin Dadəndiş ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan və İran arasında ailə, qadın və uşaq problemlərinin həlli sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub.
İki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu deyən Hicran Hüseynova iranlı qonağa rəhbərlik etdiyi qurumun həyata keçirdiyi layihələr barədə məlumat verib. Ölkəmizdə məqsədyönlü gender siyasətinin aparıldığını vurğulayan H.Hüseynova Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın qadın və uşaq hüquqlarının müdafiəsi istiqamətindəki fəaliyyətini diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycanda ailə, qadın, uşaq problemlərinin həlli dövlət siyasətinin prioritet istiqamətlərdən biridir.
AQUPDK-nın sədri müvafiq istiqamətlər üzrə xarici ölkələr, o cümlədən İran ilə əməkdaşlığın inkişafının əhəmiyyətini qeyd edib.
İran və Azərbaycan xalqlarının tarixi, mədəni və dini köklərlə bir-birinə bağlı olduğunu söyləyən qonaq ölkələrimiz arasında ailə və qadın məsələləri üzrə əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb. Azərbaycanda həyata keçirilən dövlət qadın siyasətini yüksək qiymətləndirən P.Dadəndiş İran ilə bu sahədə mövcud əməkdaşlığın inkişaf etdirilməsinin hər iki tərəf üçün faydalı olacağını bildirib.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10