Baş aqronomun sözlərinə görə, bu cür hava şəraiti ancaq meyvəçilik zonalarında bir qədər çatışmazlıqlara səbəb ola bilər.
"Təxminən 10 gün əvvəl soyuqlar düşdü, hətta qar yağdı. Belə hava şəraiti meyvə ağaclarına bir qədər təsir göstərsə də, onun fəsadı şaxta kimi olmur. Bu günə qədər isə hələlik meyvə ağaclarının çiçəkləri də, dənli taxıl bitkilərinin də məhsulu normaldır. Bu gündən sonra isə nə olacağı hələlik məlum deyil", - deyə A.Mehrəliyev bildirib.
Baş aqranom bu vaxtdan sonra quraqlığın olacağını gözləmir. A.Mehrəliyev bildirib ki, hazırda Şamaxı, İsmayıllı, Xızı rayonlarında taxıl bitkiləri kifayət qədər kollanma fazalarına çatıb: "Bu gündən sonra havanın necə keçəcəyindən asılı olmayaraq, taxılı biçmək mümkün olacaq".
Qeyd edək ki, ötən il ölkədə hava quraqlı keçib. Azərbaycanda hökm sürən quraqlıq bəzi meyvə ağaclarının inkişafına və məhsuldarlığına mənfi təsir göstərib.