Azərbaycan və Əfqanıstan arasında iqtisadi əməkdaşlığın inkişafına dair məsələlər müzakirə olunub
Bakı, 9 aprel, AZƏRTAC
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycanda səfərdə olan Əfqanıstanın mədən və neft naziri Daud Sabanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
İqtisadiyyat və Sənaye Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Şahin Mustafayev qarşılıqlı hörmət və səmərəli əməkdaşlıq üzərində qurulmuş Azərbaycan-Əfqanıstan əlaqələrinin inkişaf etdiyini, əməkdaşlığın genişlənməsində qarşılıqlı səfərlərin əhəmiyyətini diqqətə çatdırıb. Qeyd edilib ki, hazırda Azərbaycan və Əfqanıstan arasında müxtəlif sahələrdə əlaqələr genişlənir. Ticarət, enerji, nəqliyyat, tikinti materiallarının istehsalı, təhsil və digər sahələrdə əməkdaşlıq üçün potensial mövcuddur. Nazir Şahin Mustafayev ölkələrimiz arasında əməkdaşlığın inkişafı baxımından hüquqi bazanın genişləndirilməsinin vacib olduğunu və bu sahədə işlərin sürətləndirilməsinin əhəmiyyətini qeyd edib, bunun üçün işçi qrupunun yaradılmasının əhəmiyyətini vurğulayıb.
Daud Saba səmimi qəbul üçün təşəkkürünü bildirib, ölkəmizin sürətli inkişafından məmnunluğunu ifadə edib. Nazir Azərbaycan nümayəndə heyətinin bu yaxınlarda Əfqanıstana səfərini xatırladaraq, səfərin və keçirilmiş görüşlərin ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi baxımdan əhəmiyyətini vurğulayıb. Daud Saba ölkəsinin iqtisadiyyatına və investisiya mühitinə dair məlumat verib, müxtəlif sahələrdə əməkdaşlığın inkişafı perspektivlərinə dair fikirlərini bildirib.
Görüşdə iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafı, qanunvericilik bazasının genişləndirilməsi, enerji, infrastruktur, tikinti materiallarının istehsalı və digər məsələlər barədə müzakirələr aparılıb.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10