Moskva, 9 aprel, AZƏRTAC
Rusiyanın Lipetsk vilayətində qatarın lokomotivlə toqquşması nəticəsində 26 nəfər zərər çəkib.
“Rusiya Dəmir Yolları” ASC-nin mətbuat xidməti xəbər verir ki, qəza Qryazi-Voronejskiye stansiyasında baş verib. Moskva istiqamətində hərəkət edən qatardan lokomotivi ayıran zaman vaqonlar qəfildən hərəkətə gələrək manevr teplovozuna çırpılıb.
Nəqliyyat polisinin əməkdaşları toqquşmanın səbəblərini araşdırmağa başlayıblar.

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva