Bakı polisi tutduğu şəxsi iki gündür danışdıra bilmir. Milli.Az xəbər verir ki, aprelin 8-də saat 06 radələrində Xətai rayonunun N.Tusi küçəsində Bakı şəhər sakini Turqay İsgəndərova məxsus mağazadan qapını sındırmaq yolu ilə oğurluğa cəhd göstərilib. Oğurluğu etmək istəyən şəxs 13-15 yaşlı lal-kar olan oğlandır. Onu dindirmək mümkün olmadığından şəxsiyyəti də müəyyənləşdirilməyivb. Xətai Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılan lal-kar 35-ci polis bölməsinə təhvil verilib.

Gülər
Milli.Az