“ASALA” erməni terror təşkilatı Çanaqqala zəfərinin 100-cü ildönümü tədbirlərində iştirak etmək üçün dəvət alan ölkələri təhdid edir.

ANS TV-nin məlumatına görə, “İhlas” xəbər agentliyindən bildirlib ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Çanaqqala zəfərinin 100 illiyini şərh edərkən bildirib.

“ASALA terror təşkilatının arxasında kimlərin dayandığı gec-tez ortaya çıxacaq. Bu il aprelin 23-də Ankara dünyaya bir daha sülh mesaji verəcək”, -deyə Ərdoğan bildirib.

Qeyd edək ki, aprelin 24-də isə Türkiyədə Çanaqqala zəfərinin 100-cü ildönümü qeyd ediləcək və böyük bir yürüş təşkil ediləcək. Tədbirlərə 50-dən çox dövlət rəsmisi dəvət edilib.

Mənbə
ANS TV