"Əgər İrana qarşı bütün sanksiyalar ləğv olunmasa, Tehran nüvə proqramı üzrə "altılıq" ilə yekun saziş imzalamayacaq.

ANS PRESS-in məlumatına görə, bunu İran prezidenti Həsən Ruhani bildirib.

O, İran dövlət televiziyasının efirindən bildirib ki, biz bütün iştirakçılarla birlikdə nüvə danışıqları üzrə qarşılıqlı faydalı nəticəyə nail olmaq istəyirik. Sanksiyalar aradan qaldırılacağı gün nüvə ilə bağlı müqavilə imzalamaq mümkündür.

Onun sözlərinə görə, bu il aprelin 2-də beynəlxalq vasitəçilər olan "Altılıq" - BMT Təhlükəsizlik Şurasının beş daimi üzvləri, eləcə də Almaniya və İran Tehranın uranın zənginləşdirilməsinin üçdə ikisini 10 il təxirə salınacaq. Bundan əlavə, İran 25 il müddətinə beynəlxalq nəzarət altında uran zənginləşdirmə proqramını təmin etməyə borcludur. "Altılıq" və İran iyunun 30-da nüvə proqramı ilə bağlı müqavilə imzalamalıdır. Bu halda ABŞ, Avropa İttifaqı müqavilənin şərtinə uyğun olaraq İrana qarşı sanksiyaları qaldırmalıdır.

Xatırladaq ki, İranın nüvə enerjisinin yaradılmasına 1950-ci illərin ortalarında, Şah Məhəmməd Rza Pəhləvinin dövründəTehran Universitetinin Atom Mərkəzi tərəfindən başlanıb. İran ABŞ ilə 1957-ci ildə nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi haqqında saziş imzalayıb. Bu razılığa əsasən Vaşinqton İranı nüvə qurğuları, avadanlıq və mütəxəssislərlə təmin edib.
Mənbə
ANS PRESS