[ 09 Aprel 2015 12:58 ]



Bakı. Fuad Cəfərov – APA. Piyadanın vurulması ilə nəticələnən yol qəzası törədən sürücü saxlanılıb.

 

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Nizami (Gəncə) Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 6-da Sübhan Ələkbərovun xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətmiş “VAZ-2106” markalı avtomobilin sürücüsü, Gəncə şəhər sakini Böyükağa Cahangirov saxlanılıb.