Bakı, 9 aprel, AZƏRTAC
Dünyada bioloji müxtəliflik son 50 ildə 28 faiz azalıb. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) yeni nəşr edilən kitabında da iqlim dəyişməsi ilə mübarizənin yolunun genetik müxtəliflikdən keçdiyi əks olunub.
AZƏRTAC Tükiyə KİV-lərinə istinadla xəbər verir ki, kitabda dünyada qida istehsalı üçün təməl rolunu oynayan bioloji müxtəlifliyin daha çox araşdırılmasının və qorunmasının lazım olduğu ifadə edilir. İqlimə uyğun məhsulların və ağacların yetişdirilməsi bu dəyişikliklərlə mübarizənin ən əhəmiyyətli məqamlarından biridir.