Korrupsiyaya qarşı kəsərli mübarizə tədbirləri davam etdirilir
Bakı, 9 aprel, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 30 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının (TSEK) sədri Xoşbəxt Ağayevanın qanunsuz əməlləri barədə Biləsuvar və Cəlilabad rayon sakinlərindən daxil olmuş müraciətlər Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məhkəmənin müvafiq qərarı əsasında həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində X.Ağayevanın Masallı rayon sakinindən bacısına əlillik dərəcəsinin təyin edilməsi üçün 600 manat tələb etməsi və həmin pulun 500 manatını 2015-ci il martın 13-də 30 nömrəli TSEK-in Cəlilabad rayonunda yerləşən inzibati binasında iş otağında rüşvət kimi almasında, həmçinin xidməti vəzifəsinin icrası ilə əlaqədar ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul istəməsi və ya almasında şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə ittiham elan edilib və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
X.Ağayevanın iş otağında axtarış zamanı istintaq üçün əhəmiyyət kəsb edən müxtəlif sənədlər, o cümlədən digər vətəndaşlardan əlillik dərəcəsinin təyin edilməsi ilə bağlı onların adları və soyadlarının qarşısında rüşvət kimi aldığı ehtimal edilən məbləğlərə dair qeydlər aparılmış sənədlər aşkar edilərək maddi sübut kimi götürülüb.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
Göstərilənlərlə yanaşı, X.Ağayevanın korrupsiya hüquqpozmaları ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə Biləsuvar və Cəlilabad rayon sakinlərindən daxil olmuş 52 müraciət üzrə zəruri araşdırmalar aparılmaqla qanunamüvafiq qərarların qəbul edilməsi təmin olunacaq.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10