Qax Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, rayonun Güllük kənd sakini Ələkbər Mirzəyev oğlu, 1996-cı il təvəllüdlü Elşad Mirzəyevin fevral ayının sonlarında Bakı şəhərinə getmək adıyla evdən getdiyini və o gündən sonra oğlu haqqında heç bir məlumat olmadığı barədə Qax RPŞ-yə yazılı surətdə müraciət edib.Qax rayon sakini itkin düşüb
Hazırda Qax RPŞ-nin əməkdaşları Elşad Mirzəyevin tapılaraq ailəsinə təhvil verilməsi istiqamətində axtarış-əməliyyat tədbirlərinə başlayıb.
Milli.Az