Bakı, 9 aprel, AZƏRTAC 
Aprelin 7-də Sumqayıt şəhəri ərazisindən motorlu qayıqla balıq tutmaq məqsədilə dənizə çıxmış üç balıqçının axtarışları davam etdirilir.
Axtarışlara Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.
FHN-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu barədə əlavə məlumat veriləcək.