Tovuzun Əyyublu kəndindəki zorlanma hadisəsinin sorağından sonra “qəhrəmanları” olmasa da, onların yaxınları Bakıya gəliblər. G.N. adlı qızı zorlamaqda ittiham edilən 4 nəfərdən biri - Elməddin Niyazovun ailəsi və yaxınları Baş Prokurorluğun qarşısına toplaşıblar. Milli.Az-ın həmin ərazidə olan əməkdaşının verdiyi məlumata görə, Elməddinin ailə üzvləri baş prokuror Zakir Qaralov tərəfindən qəbul olunmalarını istəyirlər. Artıq həmin şəxslərdən bir neçəsi Baş Prokurorluğa dəvət olunaraq söhbət aparılır.

Qeyd edək ki, Tovuz rayonunda 20 yaşlı qız cinsi təcavüzə məruz qalıb. Zorlamada şübhəli bilinən 4 nəfər saxlanılıb.

Ceyhun Ələkbərov
Milli.Az