Tovuz, 9 aprel, Famil Quliyev, AZƏRTAC
Dövlətimizin başçısının tapşırığına əsasən ölkə vətəndaşlarının tibbi müayinədən keçirilməsi aksiyası Tovuz rayonunda da uğurla davam etdirilir.
Rayon mərkəzi xəstəxanasının baş həkiminin müavini Səyyad Yusifov AZƏRTAC-a bildirib ki, indiyədək 69 min 482 nəfər sakin müayinə olunub. Müayinə olunanlardan 3018 nəfər ambulator, 247 nəfər stasionar müalicəyə cəlb edilib. Rayon sakinlərindən 115 nəfər isə müalicələrini davam etdirmək üçün Bakı şəhərinə göndərilib.
Müayinədən keçən rayon sakinləri əhalinin sağlamlığının qorunması üçün təşkil edilən bu xeyirxah aksiyaya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirirlər.