Youtube video paylaşım saytına Bakının yuyularaq təmizlənməsi kadrları yerləşdirilib.

ANS PRESS-in məlumatına görə, video gənc nəsil tərəfindən maraqla qarşılanıb, sovetlətlər dövründə yaşamış bakılılarda isə nostalji hisslər yaradıb.

Sovetlər Bakısında yaşayanlar paytaxtın küçələrinin su maşınları ilə hər səhər yuyulmasının şahidi olurdular. Orta və yaşlı nəsil bu mənzərəni yaxşı xatırlayarlar.

Düzdür, bakılılar və şəhərimizin qonaqları paytaxtın mərkəzi küçələrini həmişə təmiz görürlər. Amma gənc nəsil küçələrin yuyulmasını öz gözləri ilə görməyiblər. Bəs milyonlarla insanın yaşadığı və sutkalıq minlərlə avtomobilin üstündə gəzdiyi şəhər küçələrini kimlər təmizləyir?

Küçələrin yuyulması nəqliyyatın sıxlığı nəzərə alınaraq günün gecə saatlarında və səhər tezdən həyata keçirilir. Nəqliyyatın hərəkət intensivliyi gecə saatlarında aşağı düşdüyündən yalnız sutkanın bu saatlarında mümkündür.

Mənbə
ANS PRESS