[ 09 Aprel 2015 02:54 ]



Bakı-APA. ABŞ Pakistana 1 milyard dollarlıq hərbi texnika satmaq niyyətindədir.

 

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ dövlət departamentinin bəyanatında belə deyilir.

 

Konqresdə qərarın lehinə səs veriləcəyi təqdirdə Pakistan 15 “Viper” tipli hərbi helikopter, 1 000  ədəd “Hellfire” raketi və müxtəlif sursatlar alacaq. Üstəlik, ABŞ rəsmi İslamabada hərbi mütəxəssislərin hazırlanmasında yardım göstərəcək.