Bakı, 9 aprel, AZƏRTAC
Avstriyanın ORF yayım şirkəti paytaxt Vyananın “Wiener Stadthalle” arenasında “Eurovision-2015” hazırlığına başlayıb.
AZƏRTAC müsabiqənin saytına istinadla xəbər verir ki, arenada ilk hazırlıq təhlükəsizliyin yoxlanılmasından başlanıb. Təşkilatçılar növbəti həftələrdə müsabiqənin keçiriləcəyi bütün ərazini, səhnədən tutmuş mətbuat mərkəzinədək hazırlayacaqlar.