“Sümüklər üçün nadir sement” yaradılıb
Bakı, 8 aprel, AZƏRTAC
“Newsland” portalı xəbər verir ki, Seversk Texnologiya İnstitutunun mütəxəssisləri ən qısa müddətdə insanın sümük toxumasını bərpa etməyə imkan verən nadir maddə işləyib hazırlayıblar. Alimlərin fikrincə, aparılmış eksperimentlər zamanı yeni materialın nadir xassələrə malik olduğu sübuta yetirilib. Maddənin unikallığı bundan ibarətdir ki, o, sümükdə çatlağa və ya sınığa düşdükdə tez bir zamanda tam sümük toxumasına çevrilir. Özü də insan orqanizmi materialı yad cisim kimi qəbul edib ayırmır.
Yeni materialın xassələri təbabətdə, stomatologiyada və kosmetologiyada ondan uğurla istifadə etməyə imkan verir. Sibir mütəxəssisləri belə hesab edirlər ki, yeni maddəni tam əsasla “sümüklər üçün sement” adlandırmaq olar. Qeyd etmək lazımdır ki, yeni material təsadüfən kəşf edilib. İnstitutun mütəxəssisləri titan protezlərin yaratdığı yaraların sağalmasını sürətləndirən maddə üzərində işləyirlərmiş. Bu məsələnin həlli üçün möhkəmliyinə görə titanla müqayisəyə gələn, lakin tərkibində metal qarışıqlar olmayan material işlənib hazırlanıb. Nadir üzvi məhsulun ən dəyərli xassəsi budur ki, yaralar və zədələr sağaldıqdan sonra da onu insan orqanizmində saxlamaq olar.
Heyvanlar üzərində aparılmış eksperimentlər Rusiya mütəxəssisləri tərəfindən hazırlanmış “sümüklər üçün sement”in çox səmərəli olduğunu sübut edib. Hazırda klinik sınaqlar aparılması üçün lazımi sənədlər rəsmiləşdirilir.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
İran hərəkatı başladı - Trampdan açıqlama
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10