Dünya bazarlarında neftin qiyməti kəskin şəkildə ucuzlaşıb.

ANS PRESS-in məlumatına görə, ABŞ-ın həftəlik neft ehtiyyatının artdığı barədə yaydığı xəbərlər neftin kəskin ucuzlaşmasına səbəb olub.

Axşam saatlarına olan məlumata görə, Brent markalı neftin bir barrelinin qiyməti 2,11% ucuzlaşaraq 57,1 dollar təşkil edib.

WTI markalı neft isə 4,33% ucuzlaşaraq 51,64 dollara satılıb.

Qeyd edək ki, ABŞ-ın kommersiya məqsədli neft ehtiyyatları martın 27-dən aprelin 3-nə qədər 10,9 milyon barrel artaraq 482,4 milyon barrel təşkil edib. Bu isə son 80 il ərzində rekord göstəricidir.
Mənbə
ANS PRESS