Avropa Şurası Nazirlər Komitəsinin demokratiya üzrə məruzəçiləri Ədliyyə Nazirliyində olublar
Bakı, 8 aprel, AZƏRTAC
Azərbaycanda səfərdə olan Avropa Şurası Nazirlər Komitəsinin demokratiya üzrə məruzəçiləri aprelin 8-də ədliyyə nazirinin müavini Toğrul Musayevlə görüşüblər.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Avropa Şurası və onun struktur qurumları ilə səmərəli əməkdaşlığı qeyd edən nazir müavini Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə məhkəmə sisteminin müasirləşdirilməsi, hakimlərin Avropada örnək kimi dəyərləndirilən seçimi, habelə vətəndaş cəmiyyətinin inkişafı, QHT-lərin fəaliyyətini tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsi, onlara dövlət dəstəyinin artırılması üzrə görülən işlər barədə məlumat verib. T.Musayev Avropa Şurasının Azərbaycan üçün 2014-2016-cı illər üzrə Fəaliyyət Planının icrası çərçivəsində nazirlik tərəfindən qarşılıqlı fəaliyyətin uğurla davam etdirildiyini vurğulayıb.
Azərbaycanla sıx əməkdaşlıq münasibətlərinin olduğunu deyən siyasi məsələlər üzrə direktor Aleksandr Qessel təmsil etdiyi qurumun üzv dövlətlərin Avropa Şurası qarşısında götürdüyü öhdəliklərinin icrası ilə bağlı fəaliyyətindən danışaraq ölkəmizdə gedən geniş demokratik prosesləri diqqətlə izlədiklərini bildirib. Məruzəçilər respublikamızda aparılan hüquqi islahatları təqdir edərək bu sahədə Ədliyyə Nazirliyinin rolunu qeyd ediblər.
Görüşdə, həmçinin məhkəmə hakimiyyətinin müstəqilliyi, vəkilliyin inkişafı və maraq doğuran digər məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılıb.
Avropa Şurasının Bakı Ofisinin rəhbəri Draqana Filipoviç və ölkəmizin Avropa Şurası yanındakı daimi nümayəndəsi Emin Eyyubov görüşdə iştirak ediblər.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10