"Qarabağa getmək üçün bizə məktub göndərilmişdi"
ANS PRESS-in məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev BBC kanalının müxbiri R.Demytrinin Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etməsini şərh edərkən deyib.
H.Hacıyev bildirib ki, məktubda beynəlxalq media qurumu kimi BBC-nin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə və Azərbaycan işğal edilmiş ərazilərinə səfərlərə icazə verən qanun və qaydalarına hörmət etdiyi vurğulanıb: "Bu əsnada məktubda BBC-nin müxbiri Rayhan Demytrinin reportaj hazırlamaq üçün Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionuna səfər etməsi üçün icazə istənilib. Verilişdə səsləndirilən bəzi məqamları qəbul etməsək də, jurnalist fəaliyyətinin ölkənin qanunlarına hörmət əsasında peşəkar səviyyədə həyata keçirilməsinə və mətbuatın azadlığına hörmətlə yanaşırıq".
XİN rəsmisinin sözlərinə görə, təəssüflər olsun ki, Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejim reportajın ətraflı şəkildə hazırlanmasına imkan verməyib: "Bir qayda olaraq, Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edən əcnəbi KİV nümayəndələrinə ciddi nəzarət altında çox məhdud marşrut üzrə hərəkət etməyə və çəkiliş aparmağa imkan verilir. Əgər jurnalistə çəkiliş üçün imkan verilsəydi, o, işğal olunmuş ərazilərdə etnik təmizləməyə məruz qalmış Azərbaycan vətəndaşlarının mülkiyyətinə və Azərbaycan xalqına məxsus tarixi maddi-mədəniyyət və dini abidələrə qarşı törədilmiş vəhşilikləri təqdim edə bilərdi. Habelə, adi insanlarla sərbəst təmasa imkan verilsəydi, BBC jurnalisti Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətin dözülməz həddə acınacaqlı olduğunu görərdi". Mənbə
ANS PRESS
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Azərbaycanda nə qədər ev ipotekadadır?
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Bu gün
·
23:53
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Bu gün
·
22:53
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Bu gün
·
21:16
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Bu gün
·
20:56
Top xəbərlər
Layihələr
Son xəbərlər
Azərbaycanda nə qədər ev ipotekadadır?
Bu gün
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Bu gün
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Bu gün
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Bu gün
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Bu gün
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Bu gün
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Bu gün
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Bu gün
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Bu gün
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Bu gün
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Bu gün
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Bu gün
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Bu gün
·
20:51
"Azərbaycan D-8 təşkilatına üzv olmağa böyük önəm verir"
Bu gün
·
20:42
Məlumat savaşı: Dezinformasiyanın müharibə və siyasətdəki rolu
Bu gün
·
20:35