Prezident İlham Əliyev XVIII Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına müraciət ünvanlayıb
"Hörmətli sammit iştirakçıları!
Sizi səmimi qəlbdən salamlayır və növbəti toplantınızın işə başlaması münasibətilə təbrik edirəm.
“Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə hər il qardaş Türkiyədə keçirilən bu toplantılar Avrasiya məkanında xalqlar və dövlətlərarası əlaqələrin inkişafına xidmət edir. Şübhə yoxdur ki, informasiya texnologiyaları, telekommunikasiya, maliyyə, enerji, nəqliyyat, logistika və digər sahələrlə bağlı müzakirələrin aparılacağı XVIII sammit də region ölkələri arasında dostluq və əməkdaşlıq mühitinin möhkəmlənməsinə sanballı töhfə verəcəkdir.
Azərbaycan Respublikası bölgənin inkişafına yeni imkanlar açan mütərəqqi ideyaları, innovativ təşəbbüsləri, mühüm enerji və infrastruktur layihələrini dəstəkləməkdə davam edir. Hazırda zəngin karbohidrogen ehtiyatlarımızı müxtəlif istiqamətlərə nəql edən 7 neft və qaz kəməri mövcuddur. Ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş “Şahdəniz”, TANAP və TAP layihələrinin ən iri səhmdarlarından biridir. Ötən il Bakıda “Cənub qaz dəhlizi”nin, təxminən 20 gün əvvəl isə Qarsda Trans-Anadolu qaz boru kəmərinin təməlinin qoyulması ilə “XXI əsrin müqaviləsi” adlandırılan nəhəng transmilli layihənin icrası istiqamətində əməli işlərə başlanmışdır. Bu il Xəzər dənizində Beynəlxalq Dəniz Ticarəti Limanının əsas hissəsinin istifadəyə verilməsi, habelə Asiya ilə Avropanı qovuşduran Bakı-Tbilisi-Qars dəmir yolunun inşasının başa çatdırılması da nəzərdə tutulmuşdur.
Azərbaycan Avrasiya məkanında humanitar əməkdaşlığın dərinləşməsinə çalışan və bu sahəyə böyük həcmdə sərmayə qoyan dövlətlərdən biridir. 2015-ci ilin iyununda biz Bakıda ilk Avropa Oyunlarını, iki il sonra isə İslam Həmrəylik Oyunlarını yüksək səviyyədə təşkil etmək əzmindəyik.
Yaşadığımız qloballaşma dövründə kəskin dəyişən iqtisadi və siyasi şərait qarşıya daim yeni vəzifələr, həlli vacib olan problemlər də çıxarır. Ümid edirəm ki, sammitin iştirakçısı olan dövlət təmsilçiləri, siyasət və elm xadimləri, ictimaiyyət və biznes nümayəndələri gündəlikdə duran və hər birimizi düşündürən aktual məsələlər ətrafında səmərəli müzakirələr aparacaq, regionun tərəqqisinə və qarşılıqlı əlaqələrin genişlənməsinə kömək edən qərarlar qəbul edəcəklər.
Başda “Mərmərə Qrupu” olmaqla zirvə görüşünün bütün iştirakçılarını bir daha təbrik edir və toplantınızın işinə uğurlar arzulayıram".
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
report.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10