Qafqazinfo-nun verdiyi xəbərə görə, 2004-cü il təvəllüdlü Fuad Etibar oğlu Yeni Günəşli qəsəbəsində yerləşən 2 saylı uşaq evindən qaçıb və geri qayıtmayıb.Aprelin 6-da uşaq evindən itkin düşən 11 yaşlı oğlan tapılıb
Araşdırmalar zamanı, uşağın anasının yanına getdiyini bəlli olub. Əməliyyat işçiləri Fuadı öz evlərində həyətdə tapıblar. O, uşaq evinə qayıtmaq istəmədiyini deyib. Anası da ərizə yazaraq Fuadı uşaq evindən çıxarıb və bundan sonra özü ilə saxlayacağını bildirib.
Milli.Az