Bakı, 8 aprel, AZƏRTAC
İrlandiyalı elm adamları arpanın içində yetişən göbələyin xəstəliklərin qarşısını aldığını kəşf ediblər.
AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, araşdırma aparmaq üçün göbələk aşılanan bitkilər eyni anda quraqlığa və xəstəliyə məruz qoyulub. Lakin bütün bu şərtlərə baxmayaraq bitkilər inkişaf edib. Elm adamlarının araşdırmalarına görə, bitkilərin hüceyrə toxumalarının arasında yaşayan endofit göbələkləri onun inkişafını və dayanıqlı olmasını təmin edir. Həmçinin göbələyi aşılamaq da bitkilərin çətin şərtlərdə inkişafına yardımçı olur.
Müəyyən xəstəliklər və ziyanvericilər arpa məhsulunda 20 faiz itkiyə səbəb ola bilir. Bu texnologiya uğurlu olsa, bitkinin qorunmasında bioloji üsul olaraq pestisidlərin yerinə, göbələk istifadə ediləcək.